“Latsio” və PSJ qələbə qazandı

latsio-ve-psj-qelebe-qazandi
Oxunma sayı: 2224

Xəbər verdiyimiz kimi, UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçirilir.

“Qafqazinfo” xəbər verir ki, ötən gün daha 2 görüş baş tutub.

Belə ki, günün ilk qarşılaşması “Latsio” ilə “Bayern” arasında olub. Nəticədə, Münhen təmsilçisi səfərdə minimal hesabla rəqibinə məğlub olub.

PSJ isə meydanda “Real Sosyedad”a qalib gəlib.

Qeyd edək ki, cavab matçları martın 5-də olacaq.

Çempionlar Liqası
1/8 finalın ilk oyunları
14 fevral

“Latsio” (İtaliya) - “Bayern” (Almaniya) 1:0

PSJ (Fransa) - “Real Sosyedad” (İspaniya) 2:0