Latviya – Azərbaycan oyununun hakimləri bəllidir

latviya-azerbaycan-oyununun-hakimleri-bellidir
Oxunma sayı: 1590

Latviya - Azərbaycan yoxlama oyununun hakim təyinatları açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, matç Belarus Futbol Federasiyasından Denis Şerbakova həvalə olunub.Ona həmyerliləri Yuri Xomçanka və Andrey Xetsikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandr Anufriyev yerinə yetirəcək.
 
Qeyd edək ki, oyun iyunun 9-u Riqanın “Dauqava” stadionunda keçiriləcək.