Latviya parlamenti Rusiyadan qaz idxalını qadağan etdi

latviya-parlamenti-rusiyadan-qaz-idxalini-qadagan-etdi
Oxunma sayı: 1241

Latviya parlamenti yekun oxunuşda “Energetika” haqqında qanuna düzəlişləri qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Delfi” portalı yayıb.

Məlumata görə, sözügedən qanun 2023-cü il yanvarın 1-dən Rusiyadan qaz idxalına tam olaraq qadağa qoyur. 

Qanuna dəyişikliyi Yeni Mühafizəkarlar Partiyasının deputatları təklif edib.