Latviya parlamenti Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıdı

latviya-parlamenti-rusiyani-terrorizmi-destekleyen-olke-kimi-tanidi
Oxunma sayı: 706

Latviya Seymi (parlament) Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Seymin saytında bildirilir.

“Cümə axşamı günü, avqustun 11-də Seym qəbul etdiyi bəyanatda Rusiya hərbçilərinin Ukraynadakı fəaliyyətini terrorizm kimi, Rusiyanı isə terrorizmi dəstəkləyən ölkə kimi tanıyıb”, - məlumatda deyilir.

Parlament, həmçinin Aİ ölkələrini ruslara və belaruslara viza verilməsini dərhal dayandırmağa çağırıb.