Latviya Prezidenti Eqils Levits Riqada yol qəzasına düşüb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə onun dəftərxanası məlumat yayıb. Qəza Maza Nometnyu və Liepayas küçələrinin kəsişməsində baş verib. Mühafizəçilərin avtomobili Levitsin içərisində olduğu “Lexus LS”ə çırpılıb.
Qəza zamanı dövlət başçısı xəsarət almayıb, onun iş qrafikində hər hansı dəyişiklik olmayıb.


Son xəbərlər
Son Xəbərlər