Latviya sərt karantinə qayıtdı

latviya-sert-karantine-qayitdi
Oxunma sayı: 1376

Latviyada bu gündən etibarən sərt karantin rejimi qüvvəyə minib.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, koronavirusun geniş yayılmasına qarşı tətbiq edilən karantin rejimi noyabrın 15-nə qədər davam edəcək.

Məlumata əsasən, bu dövr ərzində yalnızca zəruri məhsullar satılan mağazaların fəaliyyətinə icazə verilir. Sözügedən mağazalarda isə yalnızca ən zəruri məhsullar əlçatan olacaq.

Bildirilir ki, qapanma zamanı 20:00-dan 05:00-a qədər komendant saatı tətbiq ediləcək. Bununla yanaşı, ölkə vətəndaşları iş və yaxud tibbi xidmət kimi vacib hallarda yaşayış yerlərini tərk edə bilərlər. Bu müddət ərzində üzbəüz məişət xidmətləri göstərən müəssisələr və zəruri məhsullar mağazaları 06:00-dan 19:00-a qədər işləyə bilər.

Həmçinin yalnızca iqtisadiyyat və cəmiyyətin fasiləsiz fəaliyyəti üçün vacib olan müəssisələrə iş yerində işləməyə icazə verilir.

Eyni zamanda noyabrın 15-nə kimi idman, mədəni və əyləncə tipli istənilən tədbirlərin keçirilməsi, həmçinin gözəllik, aktiv istirahət, fiziki məşqlər, idman, turizm xidmətlərinin göstərilməsi qadağan olunub.

Qeyd edək ki, ötən gün Latviyada 2 599 yeni yoluxma qeydə alınıb, 24 nəfər dünyasını dəyişib.