“Latviya və Azərbaycan strateji tərəfdaşlardır” - İlham Əliyev

latviya-ve-azerbaycan-strateji-terefdaslardir
Oxunma sayı: 1301

“Latviya və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Ölkələrimiz strateji tərəfdaşlardır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev martın 8-də Latviya Prezidenti Egils Levits görüşdən sonra mətbuata bəyanatında deyib.

Bir neçə il əvvəl ölkələrimiz arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığını vurğulayan dövlət başçısı bildirib: “Biz həqiqətən strateji tərəfdaş kimi addımlar atırıq”.