Latviyanın Elektron KİV üzrə Milli Şurası Rusiyanın “Rossiya” və “Rossiya-24” telekanallarının retranslyasiyasını qadağan edib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Şuranın sədri İvars Abolinş bildirib.
***
Onun sözlərinə görə, “Rossiya” telekanalının retranslyasiyası 5, “Rossiya-24” telekanalının retranslyasiyası isə 4 il müddətinə qadağan edilib. Həmçinin “TV Tsentr” (“ТВ Центр”) telekanalının retranslyasiyası 3 il müddətinə qadağan edilib.
Abolinş qeyd edib ki, bu qərar milli təhlükəsizliyə birbaşa təhdidlə əlaqədar qəbul edilib.
Son xəbərlər
Son Xəbərlər