Bu gün saat 07:00-da Latviyada Avropa Parlamentinə (AP) seçkilərdə səsvermə başlayıb.
“Qafqazinfo”nun “Kommersant” nəşrinə istinadən verdiyi xəbərə görə, ölkə ərazisində olan 958 və xaricində yerləşən 444 seçki məntəqəsi saat 20:00-a qədər açıq olacaq.
Seçkilərdə ümumilikdə 16 siyasi partiyadan olan 246 namizəd mübarizə aparır. Nil Uşakovun rəhbərlik etdiyi “Razılıq” partiyası favorit hesab olunur.
Səsvermənin nəticələrinə əsasən, Latviyadan Avropa Parlamentinə 8 deputat seçiləcək.
Mərkəzi Seçki Komissiyası nəticələri mayın 27-də gecə saatlarında elan edəcək.
Qeyd edək ki, Avropa Parlamentinə seçkilər 23-26 may tarixlərində Avropa İttifaqına üzv bütün dövlətlərdə keçirilir. Ümumilikdə 751 millət vəkili Avropa
Parlamentinə gedəcək. Böyük Britaniya da seçkilərdə iştirak edir.
Son xəbərlər
Son Xəbərlər