Latviyada hərbi bazada partlayış, NATO əsgəri öldü

latviyada-herbi-bazada-partlayis-nato-esgeri-oldu
Oxunma sayı: 988

Latviyanın Adajidəki hərbi bazasında mina partlayıb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, nəticədə bir nəfər NATO hərbiçisi ölüb, 2 nəfər yaralanıb. Bu barədə Latviyanın Milli Silahlı Qüvvələr komandanı Leonid kalninş bildirib. Onun sözlərinə görə, alban kontingentinin hərbçiləri minanı neytrallaşdırarkən partlayış baş verib.

Ölən zabitin adı Zərif Hasanaydır. Faktla bağlı cinayət işi açılıb.