Latviyanın Azərbaycandakı səfiri ilə görüş - Foto

latviyanin-azerbaycandaki-sefiri-ile-gorus
Oxunma sayı: 842

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Latviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dainis Qarançs ilə görüş keçirilib.

“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı Azərbaycan və Latviya arasında ətraf mühit sahəsində fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlığın perspektivləri, həmçinin iki ölkə arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıq məsələləri müzakirə edilib.