Amerikalı müğənni-bəstəkar Laura Pergolizzi (LP) Azərbaycanda ilk dəfə konsert verəcək.
“Qafqazinfo” xəbər verir ki, şou-proqram sentyabr ayında nəzərdə tutulub.
Qeyd edək ki, LP ləqəbiylə tanınan müğənni 2001-ci ildə müstəqil pop janrındakı “Heart-Shaped Scar” adlı debüt albomunu yayımladıqdan sonra böyük uğur əldə edib. Son illərdə isə ifa etdiyi “Lost on you” mahnısı 17 ölkədə hitə çevrilib.
Son xəbərlər
Son Xəbərlər