Erməni YUNESKO-nun zəhləsini tökməkdə davam edir. Onlar bu dəfə də lavaşın erməni “kəşf”i olduğunu sübuta yetirmək istəyirlər. Və lavaşı erməni mətbəxinin nümunəsi kimi nüfuzlu təşkilatın qeyri-maddi irs siyahısına salmağa cəhd edirlər. Hətta erməni mətbuatı və internet mediyası artıq təşkilatın sənədləri təsdiqlədiyi barədə qondarma xəbərlər də yayırlar. Qayıdım lap başa.
Ötən ilin sonunda ermənilər lavaş haqqında “tarix” lərini əks etdirən sənədləri beynəlxalq təşkilata təqdim etdilər. Həmin vaxt bizim başımız yolka bayramına qarışmışdı. Hərçənd ki, bu bayramı millətimiz həmrəylik günü kimi də qeyd edirdi. Amma süfrə arxasında çoxu şaxta babanın sağlığına içirdi. Erməni yenə öz işindəydi, həmrəyliyi daha yaxşı onlar nümayiş etdirirdi. Özü də erməni işini hökümət səviyyəsində qurmuşdu. Erməninin lavaşı mənimsəmə planına ilk kəskin reaksiyasını İran tərəfi verdi, elə bu gün də İran aktiv şəkildə səsini çıxarır. Bu etiraz erməni mətbuatında başqa cür qeyd olundu. Güya İranın Mədəni İrs Təşkilatının eksperti Yadulla Parmun deyib ki, lavaş həm İranın, həm də Ermənistanın ortaq çörəyidi. Axı Ermənistan İranı dostu, müttəfiqi kimi görməyə alışıb. Qonşusunun çıxardığı səsə məhəl qoymayır. Adı üstündə erməni. Əslində isə İran tərəfinin təmsilçiləri lavaşın Azərbaycan, İran və Orta Asiya mətbəxinə aid olduğunu dəfələrlə sübut ediblər. Misal üçün , iranlı ekspert Fərhad Nəzəri deyib ki, lavaşın adı 700 il əvvəlki atalar məsəllərində, şeirlərində çəkilib. Tutarlı dəlillər qarşısında ermənilər səslərini də çıxarmadılar, amma altdan öz işlərini görürdülər.
Maraqlıdır ki, erməni lavaşın hazırlanmasında daha çox təndirin adını çəkir. Elə YUNESKO-nun sənədində də yalnız təndirdə bişirilən lavaşdan söhbət gedir. Erməni həmişə çörəyimizi yeyib, bizə xor gəlib, zəhəri olsa da, bizi hər fürsətdə bizləməyi hədəfləyib. Deyən yoxdur ki, lavaş, yuxa, yayma kimi adlandırılan çörəyimiz həm təndirdə, həm kürədə, həm də saçda bişirilir. Əsrlərdir, məxbəximizin ocaq yeməkləri elə ocaqda bişən lavaşla yeyilir. Biz dürmək yeməyi xoşlayırıq, amma erməni kimi qondarma yox, özümüzün olanlarını dünyanın gözünə dürtməyi öyrənə bilmirik. Heç olmazsa deyək ki, bu gün Bakı villalarının həyətində “təndir dəbi” var. Hamı öz təndirinin çörəyini, ya lavaşını yeyir. Kənddə sacüstü lavaşın qoxusu aləmi götürür. Hamı əlində pendir təzə lavaş axtarır. Şəhərdə də “Naxçıvan lavaşı” adı ilə sexlər yaxşı pul qazanırlar. Bu lavaşlar uzunsov ovalşəkillidir. Dairəvi lavaşların da ki, başına elə oyun açırlar, yeyəndə çörək olduğunu unudursan. Kənd camaatı arasında təndir ustaları var, təndirini düzəldib, Rusiya bazarlarına göndərirlər. Həmin təndirin də müştərisi erməni çıxır. Bizimkilər meyvə-tərəvəzdən satanda, onlar da bizim təndirdə lavaş bişirir, adını da “erməni lavaşı” qoyurlar.
Düzü, bugünkü “lavaş kimindir?”davasının da bir mənası yoxdur. Lavaş və ya yuxa dediyimiz çörək növünün hazırlanması elə də çətin başa gəlmir. Un, su, duz, maya. Amma bir məsələ də var ki, sacüstü yuxanı yaymaq üçün xüsusi bacarıq lazımdır. Bu lavaş hardasa sac boyda olmalıdır. Bu yerdə rəhmətlik nənəmin yuxası yadıma düşdü. Balaca olanda biz lavaşın qurumuşunu xoşlayardıq. Özü də həyətdə elə yeyərdik ki, ovulub tökülən qırıntılar da israf olmasın, toyuqlara qalsın. Nə isə....
Erməni lavaş nədi, yavaş-yavaş bütün mətbəximizi sənədləşdirib adına çıxarır.
Bu arada Milli Kulinariya Mərkəzinin də əməyini yerə vurmaq olmaz. Bizə qahmar çıxan da elə baş kulinar Tahir Əmiraslanov olur. Amma tək əllə heç kəs karlı çıxmayıb. Yəqin, bu yaxında Türkmənistanda olanı xatırlayırsız. Orada səfərdə olan Tahir müəllim ölkənin prezidenti Qurbanqulu Berdimuhammədova ingilis dilində “Azərbaycan kulinariyası” kitabından ikisini təqdim edib. Qurbanqulu qardaş da kitabdan birini yanında dayanan Serj Sarkisyana ötürüb. Sarkisyan da kitabı alıb, fırıldaq-fırıldaq gülmsəyib. Çox maraqlıdı, görəsən o kitabın taleyi necə olub? Erməninin kitabdan öz yararı üçün istifadə edəcəyinə əminəm. Bəlkə də, artıq kitabın erməniləşdirilmiş variantı artıq çapdan da çıxıb.
Nə başınızı ağrıdım, kaş erməni bir az da bizim laqeydliyimizdən, tənbəlliyimizdən oğurlayardı. Amma nə yaxşı olardı....