Lavrov Abdullahiyanla danışdı

lavrov-abdullahiyanla-danisdi
Oxunma sayı: 2240

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyn Əmir Abdullahiyan telefonla danışıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, telefon söhbətində İranın nüvə sazişi ilə bağlı vəziyyət gündəmdə olub.

“Görüşdə nüvə sazişini əvvəlki balanslı vəziyyətinə qayıtmasının tərəflərin hüquq və maraqlarının təmin olunması üçün tək doğru yol olduğu qeyd edilib”, - açıqlamada deyilir.

Xatırladılıb ki, nazirlər oktyabrın 6-da Moskvada görüşüblər və ikitərəfli əlaqələri müzakirə ediblər.