Lavrov ABŞ-də səfərdədir

lavrov-abs-de-seferdedir
Oxunma sayı: 4839

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Nyu-Yorka səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova öz teleqram kanalında açıqlayıb. 

Lavrov ABŞ-də BMT Təhlükəsizlik Şurasının iyulun 16-17-də baş tutacaq iclasında iştirak edəcək. 

Qeyd edək ki, iyulun 1-dən BMT Təhlükəsizlik Şurasına sədrlik bir aylıq Rusiyaya keçib.