Lavrov ABŞ və müttəfiqlərini etibarsız adlandırdı

Lavrov ABŞ və müttəfiqlərini etibarsız adlandırdı
Oxunma sayı: 1110

“ABŞ və müttəfiqləri güvənilməyəcək etibarsız tərəfdaşlardır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov deyib.

“Dövlətin həyatı təminatına dair həlledici məsələlərdə onların əhvalına və ya səhər hansı əhvalla oyanmalarına güvənə bilmərik”,- deyə Lavrov qeyd edib.

Qeyd edək ki, daha əvvəl rəsmi Vaşinqton Rusiya hakerlərinin ABŞ dövlət qurumlarının hücumuna cavab addımları atmağa hazırlaşdığını açıqlamışdı.