Lavrov Antalyada Çavuşoğlu ilə görüşəcək

lavrov-antalyada-cavusoglu-ile-gorusecek
Oxunma sayı: 1408

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunun 30-da Antalyaya səfər edəcək.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, rusiyalı nazirin türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü olacaq.

Nazirlər Cənubi Qafqaz, Orta Şərq, Şimali Afrika, həmçinin, Əfqanıstan, Ukrayna, Şərqi Aralıq dənizi və Qaradəniz bölgələri, Suriya və Liviya məsələlərini müzakirə edəcəklər.

O cümlədən, iki ölkə arasındakı ticarət və iqtisadi əlaqələrlə bağlı işbirliyinin inkişaf etdirilməsi ilə bağlı məsələlər də gündəmdə olacaq.