Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə etdi

Lavrov ATƏT-in Baş katibi ilə Qarabağı müzakirə etdi
Oxunma sayı: 967

Rusiya XİN rəhbəri Sergey Lavrov və Moskvada səfərdə olan ATƏT-in Baş katibi Helqa Şmid arasında görüş baş tutub.

“Qafqazinfo” xəbər verir ki, Lavrov görüş zamanı bir sıra regional münaqişələrlə yanaşı Qarabağdan da söhbət açıb.

“Ümid edirəm ki, bu gün və Rusiyada olduğumuz müddətdə həyata keçirəcəyiniz digər tədbirlər çərçivəsində ATƏT-in cari fəaliyyətlərindəki vəziyyət barədə hər üç sahədə ətraflı fikir mübadiləsi apara biləcəyik: siyasi, iqtisadi, ekoloji və insan hüquqları. Bunlar ATƏT-in həllinə kömək etdiyi münaqişələrdir. Cənubi Qafqaz, Ukrayna, Qarabağ, Dnestryanı, Cenevrə müzakirələrini də nəzərdə tuturam. Dediyimiz kimi: üzərində işlənəcək çox şey var”.

Eyni zamanda Helqa Şmid də Qarabağ məsələsinin ATƏT-in diqqətində olduğunu vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli həllini təşviq etmək üçün Minsk qrupu həmsədrləri çərçivəsində çalışırıq. Həm də həll prosesini müzakirə edəcəyik ki, bu da ATƏT-in inam yaratmaq üçün vasitəçiliyi dəstəklədiyini göstərir”.