Lavrov Blinkenlə Putin-Bayden görüşünün təşkilini müzakirə edəcək

lavrov-blinkenle-putin-bayden-gorusunun-teskilini-muzakire-edecek
Oxunma sayı: 696

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın Dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, görüşün İsveçin paytaxtı Stokholmda ATƏT-in xarici işlər nazirlərinin görüşü çərçivəsində baş tutacağı gözlənilir.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Lavrovla Blinken arasında keçiriləcək görüşdə Rusiya və ABŞ Prezidentləri arasında danışıqların hazırlanması məsələsi də müzakirə olunacaq.

Qeyd edək ki, ATƏT Xarici İşlər Nazirləri Şurasının 28-ci iclası dekabrın 2-3-ü İsveçin paytaxtı Stokholmda keçiriləcək.