Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasında çıxış edəcək.
“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.
Onun sözlərinə görə, Lavrovun çıxışı sentyabrın 28-də baş tutacaq. Bununla yanaşı, rusiyalı nazir Nyu-Yorkda bir sıra görüşlər də keçirəcək.
Qeyd edək ki, sentyabrın 24-ü Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksəksəviyyəli həftəsi start götürəcək.