Lavrov-Çavuşoğlu görüşü başladı - Foto+Yenilənib

lavrov-cavusoglu-gorusu-basladi
Oxunma sayı: 2593

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcək.

“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.

Həmçinin Lavrov Çinin XİN rəhbəri Van İ ilə də bir araya gələcək. 

Qeyd edək ki, S.Lavrov G20 ölkələrinin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün İndoneziyanın Bali adasına səfər edib. Rusiyanın XİN rəhbəri iclas çərçivəsində bir neçə görüş keçirəcək. Buna baxmayaraq, Lavrov və ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş planlaşdırılmır.

***

İndoneziyada Lavrov və Çavuşoğlu arasında görüş başlayıb.