Lavrov Çində danışıqlara başladı - Video

lavrov-cinde-danisiqlara-basladi
Oxunma sayı: 1900

Çində Rusiyanın xarici işlər naziri Sergey Lavrovla çinli həmkarı Van İ arasında danışıqlar başlayıb.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova açıqlayıb.

Xatırladaq ki, Sergey Lavrov Əfqanıstana qonşu dövlətlərin XİN rəhbərlərinin  konfransında iştirak etmək üçün Çinin Tunsi şəhərinə səfər edib. Sözügedən konfrans martın 31-i baş tutacaq.