Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrovla Ararat Mirzoyan arasında telefon danışığı olub.
“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN yayıb.
Tərəflər söhbət zamanı Ermənistan və Azərbaycan arasında Rusiyanın köməyi ilə sülh sazişinin razılaşdırılması perspektivlərini müzakirə ediblər.
Bununla yanaşı, nazirlər Qarabağa dair üçtərəfli bəyanatların icrası ətrafında fikir mübadiləsi aparıblar.
Son xəbərlər
Son Xəbərlər