Lavrov Ermənistan prezidenti və Baş naziri ilə görüşdü - Yenilənib + Fotolar

lavrov-ermenistan-prezidenti-ve-bas-naziri-ile-gorusdu
Oxunma sayı: 5002

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Baş naziri Nikol Paşinyanla görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk səhifəsində bildirib.

***

Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistan Prezidenti Armen Sarkisyanla da görüş keçirib. 

“Qafqazinfo” bildirir ki, bu barədə Rusiya XİN-in teleqram kanalında məlumat verilib.

“Sergey Lavrov Ermənistan Prezidenti ilə görüşdü”, - məlumatda deyilir.

***

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyanla ilk əyani görüş keçirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova feysbuk səhifəsində bildirib.

“Yerevanda Rusiya və Ermənistan XİN başçılarının qısa görüşü keçirilib”, - deyə Zaxarova qeyd edib.