Rusiya Xarici işlər naziri Serqey Lavrovla Fransa xarici işlər naziri Jan- Mark Eyro arasında telefon danışığı olub.
“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, Lavrov həmkarı ilə Qarabağdakı vəziyyəti mzakirə edib.
“Nazirlər Dağlıq Qarabağdakı son vəziyyəti müzakirə edib və qərara alıblar ki, münaqişə zonasında vəziyyətin sürətlə normallaşması üçün Rusiya və Fransa Minsk qrupunun həmsədrləri kimi bütün səylərini göstərsin”, - Rusiya XİN-nin mətbuat xidmətindən bildirilib.
Qeyd olunur ki, telefon danışığı Fransa tərəfinin təşəbbüsü ilə baş tutub.
Son xəbərlər
Son Xəbərlər