Lavrov Hakan Fidanla taxıl sazişini müzakirə etdi

lavrov-hakan-fidanla-taxil-sazisini-muzakire-etdi
Oxunma sayı: 2862

Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrovla Hakan Fidan arasında telefon danışığı olub.

"Qafqazinfo" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nazirlər Ukraynadakı vəziyyəti və İstanbul taxıl anlaşması barədə müzakirə aparıblar.

H. Fidan iyulun 17-də başa çatacaq taxıl müqaviləsinin uzadılmasının tərəfdarı olduğunu bildirib. Onun sözlərinə görə, taxıl müqaviləsi sayəsində Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT-ni danışıqlar masası arxasına keçirib. Bununla da qlobal ərzaq böhranının qarşısını alıb.