Lavrov İran Prezidenti ilə görüşdü

Lavrov İran Prezidenti ilə görüşdü
Oxunma sayı: 1609

Rusiyanın xarici işlər naziri Sergey Lavrov İran Prezidenti İbrahim Rəisi ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bildirilir ki, Tehrana işgüzar səfər edən diplomat Rusiya Prezidenti Vladimir Putinin xoş arzularını İran liderinə çatdırıb. 

“Prezident Putin onun ən səmimi salamlarını və ən xoş arzularını sizə çatdırmağımı xahiş etdi. O, sizinlə yeni görüşləri səbirsizliklə gözləyir”, - deyə Lavrov bildirib. 

XİN rəhbərinin İran rəsmiləri ilə Ukrayna, Suriya və Əfqanıstandakı vəziyyət, həmçinin iki ölkə arasında ticarət əməkdaşlığının gücləndirilməsi ilə bağlı danışıqlar aparacağı gözlənilir.