Lavrov Kiyevin Krımın qaytarılması ilə bağlı bəyanatlarından danışdı

lavrov-kiyevin-krimin-qaytarilmasi-ile-bagli-beyanatlarindan-danisdi
Oxunma sayı: 4335

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevin Krımın qaytarılması ilə bağlı bəyanatlarını dəyərləndirib.

“Qafqazinfo” xəbər verir ki, Lavrov bu haqda Venesuelanın xarici işlər naziri İvan Gil Pinto ilə görüşündən sonra keçirilən mətbuat konfransında danışıb.

Rusiya XİN rəsmisi bu cür bəyanatları demaqoq adlandırıb və vurğulayıb ki, digərləri kimi Ukraynadakı münaqişə də təhlükəsizliyin bölünməzliyi prinsipi əsasında həll edilməlidir.