Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanına səfər edib.
“Qafqazinfo” “Dunyabulteni.net”ə istinadən xəbər verir ki, S.Ərəbistanı kralı Salman bin Əbdüləziz Ər-Riyaddakı “Əl-Yəmamə” sarayında Lavrovu qəbul edib.
Görüşdə iki ölkə arasındakı münasibətlər, regional və qlobal proseslər müzakirə edilib.
Qeyd edək ki, Lavrov Körfəz turu çəçivəsində ilk səfərini dünən Qətərə edib.
Son xəbərlər
Son Xəbərlər