Lavrov Macarıstanda Qarabağı müzakirə edəcək

lavrov-macaristanda-qarabagi-muzakire-edecek
Oxunma sayı: 2663

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Macarıstana səfəri zamanı macar həmkarı ilə Qarabağ məsələsini də müzakirə edəcək. 

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi sözcüsü Mariya Zaxarova bu gün keçirilən brifinq zamanı deyib.

M. Zaxarovanın sözlərinə görə, Sergey Lavrovun Macarıstana səfəri avqustun 24-ü baş tutacaq.