Lavrov Mirzoyanla üçtərəfli razılaşmaların icrasını müzakirə etdi

lavrov-mirzoyanla-ucterefli-razilasmalarin-icrasini-muzakire-etdi
Oxunma sayı: 1456

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ermənistanlı həmkarı Ararat Mirzoyanla telefon danışığı olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb. 

“Aktual ikitərəfli və regional məsələlər, o cümlədən Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, həmçinin KTMT çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri müzakirə edilib”, - deyə məlumatda bildirilir. 

Bundan əlavə, tərəflər təhlükəsizlik təminatlarına dair danışıqlarla bağlı fikir mübadiləsi aparıblar.

Avro-Atlantik regionda bərabər və bölünməz təhlükəsizlik prinsiplərinin ardıcıl surətdə qorunmasının vacibliyi vurğulanıb.