Lavrov Nalbandyanla Qarabağdan danışdı

lavrov-nalbandyanla-qarabagdan-danisdi
Oxunma sayı: 1627

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan və İrəvanda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrov Dağlıq Qarabağ məsələsinin nizamlanması üzrə razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan XİN-in yaydığı açıqlamada bildirilir.

"Görüş zamanı tərəflər Vyana və Sankt-Peterburq sammitlərində Dağlıq Qarabağ üzrə əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində atılan addımları müzakirə ediblər", -məlumatda deyilir.

Nazirlər həmçinin aktual regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, Sergey Lavrov İrəvanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) XİN rəhbərlərinin toplantısında iştirak edib.