Lavrov Natalya Germanla görüşüb

lavrov-natalya-germanla-gorusub
Oxunma sayı: 1546

Rusiya xarici işlər naziri Serqey Lavrov Moldovanın keçmiş baş naziri, xarici işlər və Avropa İnteqrasiyası naziri, eləcə də BMT-nin baş katibi vəzifəsinə namizəd olan Natalya Germanla görüşüb.

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, görüş zamanı BMT-nin inkişaf istiqamətləri və yeni baş katibin seçilmə şərtləri müzakirə olunub.

Qeyd edək ki, hazırda BMT-nin baş katibi vəzifəsini icra edən Pan Gi Mun 2011-ci il 21 iyunda ikinci dəfə bu vəzifəyə 5 il müddətinə seçilib.