Lavrov Qarabağdan danışdı

lavrov-qarabagdan-danisdi
Oxunma sayı: 643

“Qafqazinfo”nun Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Kazanda keçirilən görüşündə münaqişənin nizamlanmasına dair yekun razılaşma əldə edilməsi üçün vacib məsələlərdə uyğunlaşmaya nail olunub.

Lavrov bildirib ki, Rusiya prezidenti Dmitri Medvedev iyunun 24-də Kazanda baş tutan Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün nəticələrini təhlil edir və Dağlıq Qarabağ münaqişəsinin nizama salması üzrə danışıqların yaxın vaxtlarda sonrakı addımlar haqqında qərar qəbul edəcək. Lavrov danışıqların formatı ilə bağlı deyib ki, onun dəyişikliyi məhsuldar olmayacaq: “Düşünürük ki, indi biz qərar qəbul etməyə yaxınlaşmışıq”.

Nərgiz Ehlamqızı