Lavrov telefonda erməni həmkarıyla Qarabağı müzakirə edib

lavrov-telefonda-ermeni-hemkariyla-qarabagi-muzakire-edib
Oxunma sayı: 1177

Rusiyanın XİN rəhbəri Serqey Lavrov yeni erməni həmkarı Zöhrab Mnaçakanyanla Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışıb.

“Qafqazinfo” RF XİN-in mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, telefon danışığı Ermənistanın təşəbbüsü ilə baş tutub. Bildirilir ki, nazirlər hər iki ölkənin qarşılıqlı fəaliyyəti, MDB ölkələri rəhbərlərinin iyunun 1-də Düşənbədə toplantısını və Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində Minsk qrupunun xətti ilə planlaşdırılan əlaqələri müzakirə ediblər.

Aysel Kərimova