Lavrov Türkiyədə - “Çavuşoğlu ilə ayağa qalxıb rəqs edək?!”+ Video

lavrov-turkiyede
Oxunma sayı: 2617

Rusiya xarici işlər naziri Sergey Lavrov strateji planlaşdırma üzrə Birgə Qrupun 7-ci iclasında iştirak etmək üçün Türkiyəyə rəsmi səfər edib.

“Qafqazinfo”nun məlumatına görə, o, türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Antalyada ortaq mətbuat konfransında jurnalistlərlə zarafatlaşıb.

“Siz nəyisə gözləyirsiniz?! İstəyirsiz ki, biz ayağa qalxıb rəqs edək, yoxsa nə?!”, - deyə Lavrov bildirib.

Qeyd olunur ki, XİN rəhbərləri görüşdə Türkiyə ilə Rusiya arasında iqtisadi, siyasi münasibətləri müzakirə ediblər. Bundan başqa, tərəflər Suriya Konstitusiya Komitəsinin formalaşması prosesini sürətləndirmək barədə razılığa gəliblər.