Rusiya və İranın xarici işlər nazirləri - Sergey Lavrov və Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, telefon danışığı zamanı nazirlər nüvə sazişinin bərpası ilə bağlı danışıqları və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
“Əsas diqqət İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının tam icrasının bərpasına dair danışıqlar ətrafında vəziyyətə, o cümlədən MAQATE Rəhbərlər Şurasının iyunun 6-da açılacaq sessiyası kontekstində yönəldilib”, - Rusiya XİN-in yaydığı məlumatda deyilir.
Tərəflər həmçinin ikitərəfli münasibətlərin əsas məsələləri və bir sıra aktual regional və beynəlxalq problemlər, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.
Son xəbərlər
Son Xəbərlər