MAQATE-nin (İran və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) rəhbəri Rafael Qrossi Ukraynadakı atom elektrik stansiyalarının və digər nüvə obyektlərinin təhlükəsizliyini müzakirə etmək üçün təcili olaraq Türkiyəyə uçub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə o, öz tviter hesabında məlumat verib.
Qeyd edək ki, Rusiya və Ukraynanın XİN rəhbərləri Sergey Lavrovla Dmitri Kuleba Türkiyədə səfərdədilər. Türkiyə xarici işlər nazirinin iştirakı ilə tərəflər arasında danışıqlar olub.

Son xəbərlər
Son Xəbərlər