Lavrov Yerevana səfər edəcək

Lavrov Yerevana səfər edəcək
Oxunma sayı: 491

Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 noyabr tarixlərində Ermənistana rəsmi səfər edəcək.

“Qafqazinfo”nun xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

“Mövcud razılaşmaya əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri noyabrın 10-11-də erevana rəsmi səfər edəcək”, -deyə o, vurğulayıb.

Zaxarovanın sözlərinə görə, Lavrov səfər çərçivəsində Ermənistan Baş Naziri Nikol Paşinyan, Prezident Armen Sarkisyan və erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.

Görüşlər zamanı tərəflər ikitərəfli əməkdaşlığa, o cümlədən regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair geniş mövzuları müzakirə edəcəklər.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi