Lavrov Zelenskinin şərtlərini qeyri-ciddi adlandırdı

lavrov-zelenskinin-sertlerini-qeyri-ciddi-adlandirdi
Oxunma sayı: 2406

“Volodimir Zelenski Rusiya ilə danışıqların bərpası və Rusiya Prezidenti Vladimir Putinlə görüş üçün qeyri-ciddi şərtlər irəli sürür”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Kimin danışıqlara hazır olmasından və bunu istəməsindən danışırsınızsa, Zelenski ötən gün verdiyi müsahibədə danışıqlara hazır olduğunu deyir, lakin danışıqlar yalnız onunla Putin arasında ola bilər. Bununla hər hansı başqa səviyyədə məşğul olmağın mənası yoxdur. Onun fikrincə, danışıqlar heç bir vasitəçi olmadan və yalnız Ukrayna fevralın 23-dən etibarən öz nəzarətində olan əraziləri bərpa etdikdən sonra aparılmalıdır. Bunun ciddi olmadığını kiməsə izah etmək və sübut etmək lazım deyil”, - Lavrov deyib.