Lavrovdan Azərbaycanla Ermənistan arasında sülh sazişinə dair açıqlama

lavrovdan-azerbaycanla-ermenistan-arasinda-sulh-sazisine-dair-aciqlama
Oxunma sayı: 2707

“Rusiya Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün şəraitin yaradılmasına töhfə verməyə hazırdır”.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə görüşünün yekunlarına dair mətbuat konfransında deyib.

O bildirib ki, Rusiya Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası ilə bağlı komissiyanın tezliklə öz işinə başlayacağına ümid edir.