Lavrovdan gürcü jurnalistlərə sərt reaksiya - “Xəstəsiniz” + Video

lavrovdan-gurcu-jurnalistlere-sert-reaksiya
Oxunma sayı: 6347

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT-nin Cenevrədəki ofisində ona sual verməyə çalışan gürcü jurnalistlərə sərt cavab verib.

“Qafqazinfo” lenta.ru-ya istinadən xəbər verir ki, Lavrov qadın jurnalistlərin onun Tbilisiyə gedib-getməyəcəyi ilə bağlı suala “qızlar, siz xəstəsiniz” sözləri ilə reaksiya göstərib.

Daha sonra XİN nümayəndəsi Mariya Zaxarova sosial şəbəkədə post paylaşaraq gürcü qadın jurnalistlərin qışqıraraq Lavrovu itələdiklərini iddia edib və onların bu davranışlarını “acınacaqlı mənzərə” adlandırıb.

“Mən irəli getmək üçün ləyaqətini itirən həmin qadınları geri çəkməli oldum”, - deyə Zaxarova qeyd edib.