Lavrovdan istefasından sonra ilk açıqlama - “İşimi vicdanla görmüşəm...”

lavrovdan-istefasindan-sonra-ilk-aciqlama
Oxunma sayı: 4442

Rusiya Xarici İşlər Nazirinin səlahiyyətlərini icra edən Sergey Lavrov hökumətin istefasından sonra bugünə qədər gördüyü  işləri şərh edib.

“Qafqazinfo” “İnterfaks”a istinadən xəbər verir ki, Lavrov vəzifəsini həmişə vicdanla yerinə yetirdiyini bildirib.

“Bütün bu illər ərzində mən nəinki bəzi vəzifələr tutmuşam, vəzifələrimi daim vicdanla yerinə yetirmişəm. Bunu indi də davam etdirirəm”-, deyə Rusiya XİN rəhbəri vurğulayıb.

Eyni zamanda, Lavrov yeni hökumətin tərkibində qalıb-qalmayacağına dair suala cavab verməyib.

Qeyd edək ki,  Lavrov 2004-cü ilin martından Rusiyanın Xarici İşlər Naziri vəzifəsini icra edib. Bundan əvvəl, 1994-cü ildən 2004-cü ilə qədər Rusiya Federasiyasının BMT və BMT Təhlükəsizlik Şurasında daimi nümayəndəsi olub.

Xatırladaq ki, Lavrov yanvarın 15-də öz postunu tərk edib. Bu, Baş Nazir Dmitri Medvedevin bütün hökumətin istefası barədə açıqlamasından sonra məlum olub. Konstitusiyaya görə, nazirlər yeni hökumətin formalaşmasına qədər işlərini davam etdirəcəklər.