Lavrovdan Navalnının “Putin sarayı” iddiaları ilə bağlı açıqlama

lavrovdan-navalninin-putin-sarayi-iddialari-ile-bagli-aciqlama
Oxunma sayı: 1474

Rusiyanın xarici işlər naziri Sergey Lavrov rus müxalif Aleksey Navalnının Rusiya Prezidenti Vladimir Putinin Qara dəniz sahilində saray tikdirdiyini iddia etdiyi video ilə bağlı açıqlama verib.

“Qafqazinfo”nun məlumatına görə, o, Putinin Sovetlər dönəmində Almaniyada Dövlət Təhlükəsizlik Komitəsinin xəfiyyəsi kimi çalışdığı vaxta aid xüsusi məlumatların Navalnıya verilməsinə sərt reaksiya göstərib.

“Bu binaya girmə və bəzi arxivlərə əlçatanlıq alman rəsmi dairələrinin icazəsi olmadan, böyük ehtimalla, kəşfiyyatla əməkdaşlıq olmadan mümkünsüz olduğu aydındır.

Təkcə bu belə, bu hekayənin məğzi, beynəlxalq media sahəsində bunun təbliğatı üçün Qərbin oynadığı və oynamağa davam etdiyi rol haqqında fikir bildirməyə yetərlidir”, - XİN rəhbəri vurğulayıb.

Almaniyanın Navalnının zəhərləndiyi iddiası ilə bağlı olaraq Rusiyaya “şəxsi məlumatların açıqlana bilməməsi” səbəbindən verilmədiyini xatırladan Lavrov buna baxmayaraq, Almaniya arxivlərindəki Putinə aid məlumatların icazəsiz yayımlanmasını tənqid edib.