Lavrovdan Putin-Zelenski görüşü barədə açıqlama

lavrovdan-putin-zelenski-gorusu-barede-aciqlama
Oxunma sayı: 2523

“Rusiya Prezidenti Vladimir Putinin ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşünün məqsədi yalnızca fikir mübadiləsindən ibarət olarsa, bu görüş qeyri-məhsuldar olacaq”.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Serbiya mediasına müsahibəsində deyib.

“Vladimir Putin bu görüşlərin yaxşı hazırlanmasını prinsipial olaraq vacib hesab edir”, - deyə Lavrov söyləyib.