“Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar çətin oldu”.
“Qafqazinfo” “Gazeta.ru”ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Antalyada Türkiyə, Rusiya və Ukrayna xarici işlər nazirləri arasında keçirilən üçtərəfli görüşdən sonra deyib.
Onun sözlərinə görə, nazirlər humanitar dəhlizlərin açılması və Ukrayna ərazisində atəşkəs rejiminin tətbiq edilməsi məsələlərini müzakirə ediblər.
Kuleba bildirib ki, tərəflər hələ ki, atəşkəslə bağlı razılığa gələ bilməyib.
Son xəbərlər
Son Xəbərlər