Antalyada səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Hakan Fidanla görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında paylaşıb.
Xatırladaq ki, S.Lavrov Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə səfərdədir.