Lavrovla Kerri Qarabağdakı vəziyyəti müzakirə etdi

lavrovla-kerri-qarabagdaki-veziyyeti-muzakire-etdi
Oxunma sayı: 3136

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Con Kerri arasında növbəti telefon danışığı olub.

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, telefon danışığı ABŞ hökumətinin təşəbbüsü ilə baş tutub. Bu barədə Rusiya XİN-nin saytında məlumat yerləşdirilib.

Tərəflər qondarma Dağlıq Qarabağ Respublikasındakı qarşıdurmanın eskalasiyasından ciddi narahatlıqlarını və hərbi əməliyyatların dərhal dayandırılmalı olduğunu bildiriblər.

“Müxtəlif“ “xarici oyunçular” Qarabağ ətrafında qarşıdurmanı qızışdırmaq istəyirlər” , - deyə rəsmilər vurğulayıb.