Lavrovla Paşinyanın fotosu müzakirələrə səbəb oldu

lavrovla-pasinyanin-fotosu-muzakirelere-sebeb-oldu
Oxunma sayı: 6294

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən çəkilən fotolar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” bildirir ki, Yerevanda baş tutan görüş barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova paylaşım edib, izləyiciləri isə ondan “Bayrağımız hanı?”,- deyə soruşublar.

Onlar rəsmi görüşdə Rusiya bayrağının olmamasının qanunlara zidd olduğunu yazıblar, bunu edənlərin cəzalandırılmasını tələb ediblər.