Lavrovla Tillerson arasında telefon danışığı olub

lavrovla-tillerson-arasinda-telefon-danisigi-olub
Oxunma sayı: 727

Rusiya Xarici işlər naziri Sergey Lavrovla ABŞ dövlət katibi Reks Tillerson arasında növbəti telefon danışığı baş tutub.

“Qafqazinfo” “Lenta.ru”ya istinadən xəbər verir ki, tərəflər Pxenyanın iyulun 28-də həyata keçirdiyi raket sınağından sonra Şimali Koreyada yaranmış vəziyyəti müzakirə ediblər.

Lavrovla Tillerson həmçinin, 6-8 avqust tarixlərində Filippinin paytaxtı Manilada keçiriləcək ASEAN-ın təhlükəsizlik üzrə forumu çərçivəsində baş tutacaq görüşü, eləcə də görüş çərçivəsində Rusiya-ABŞ münasibətlərinin nizamlanması üzrə qarşılıqlı fəaliyyətin perspektivlərinin müzakirə edilməsinə dair razılığa gəliblər.